STEAM dərsləri şagirdlərin çox böyük marağına səbəb olmuşdur
STEAM-in məqsədi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi yaradıcı öyrənməni təmin edir.
Hal hazırda məktəbdə keçilən STEAM dərsləri şagirdlərin çox böyük marağına səbəb olmuşdur. Onlar demək olar ki, bu dərsdə böyük həvəslə çalışırlar. Müəllim Sevinc Məmmədova da bu istiqamətdə şagirdlərin biliyinin artırılmasında öz köməyini göstərir.