Bir olaq, yumruq olaq

    Dekabrın 28-də 2 “E” sinif şagirdlərinin iştirakı ilə 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə “Bir olaq, yumruq olaq” adlı tədbir keçirildi. Balaca fidanlar Azərbaycan xalqının birlik günü olan “Dünya Azərbaycanlırarının Həmrəylik gününü” oz ifalarındakı mahnı və şeirlərində qürur və fərəh hissi ilə səsləndirdilər. Şagirdlər yaratadıqları “Vətən torpağı” səhnəciyində vətən torpağının müqəddəsliyini və vətənə bağlılığı, “Qu Quşu, Durna balığı və Xərçəng” səhnəciyində isə birliyin gücünü göstərdilər. Tədbir şagirdlərin rəngarəng rəqsləri və mahnıları ilə tamaşaçılarda xoş ovqat yaratdı. Sonda Şaxtababanın gəlişi şagirdlərin bayram əhval ruhiyyəsini daha da yüksəltdi. Onlar  üzlərində gülüş, ğözlərində sevinclə hər  kəsin bayramını təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi