Azərbaycan dünyam mənim

24 may 2018-ci il tarixdə məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan dünyam mənim” adlı tədbir keçirildi. 

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra bildirildi ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. 

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış  Azərbaycan Demokratik Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan  edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik ruhunda şeir və mahnılar, eləcə də rəqs nümunələri tamaşaçılarda gözəl əhval ruhiyyə yaratdı.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi İsa Hüseynov, məktəbin direktoru İlqar Talıbov tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edərək bidirdilər ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətlərini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübələrindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu müxtəlif vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməlidir.

Tədbirdin sonunda İsa Hüseynov  Nizami rayon İcra Hakimiyyətinin ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş şahmat üzrə yarışın qalibi, məktəbin XI sinif şagirdi Vüqar Əsədliyə I dərəcəli diplom və qızıl medalı təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi