12 Aprel Kosmonavtika Günü qeyd edildi

    Bu gün məktəbimizdə "12 Aprel Kosmonavtika Günü"nə həsr olunmuş dərs-viktorina keçirildi. Dərsdə məktəb rəhbərliyi ilə bərabər Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı Yakunina Lyubov Timofeyevna iştirak edirdi. Bu dərs hər zaman keçirilən dərslərdən fərqli idi. Çünki bu dərsi 9b sinif şagirdi Nigar Xəlilova idarə edirdi. Motivasiya mərhələsi şagirdlərin planetlər  haqqında  söylədikləri şeirlərlə başladı. Planetlər, kosmonavtlar, xüsusən həmyerlilərimiz Kərim Kərimov, Musa Manarov haqqında təqdimatlar diqqətəlayiq idi. Şagirdlər suallara dəqiq və əhatəli cavablar verdilər.
    Dərsdən  sonra şagirdlərin "Kosmonavtika günü"nə həsr olunmuş  rəsmlərindən ibarət sərgisinə baxış keçirildi.  Dərs-viktorinada və sərgidə fəallıq göstərən şagirdlərə təşəkkürnamələr teqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi