"Sən elə bir zirvəsən" adlı tədbir keçirilib

    Heydər Əliyevin anım günü ilə əlaqədar "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib. Tədbirdə şagirdlərə Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verilib.

    Həmçinin tədbirdə Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüzün bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu qeyd olunub.

    Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən Heydər Əliyev dühasını daha dərindən dərk etmək baxımından yaradılmış bir imkandır.

Tədbirdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi