Beynəlxalq müsabiqə qalibi

Məktəbin ingilis dili müəllimi Solmaz Süleymanova beynəlxalq müsabiqədə qalib olub. Belə ki, Solmaz müəllim Hindistanda AKS (Alert Knowledge Service - Sürətli Təhsil Xidməti) təşkilatı tərəfindən keçirilən beynəlxalq müsabiqədə “Qlobal müəllim” mükafatına layiq görülüb.

            Azərbaycan Respublikasının Hindistandakı Səfirliyinin birinci katibi Fəxri Əliyevin də iştirak etdiyi mükafatlandırma mərasimində S.Süleymanovaya kubok və sertifikat təqdim olunub.

            Bu, S.Süleymanovanın ilk uğuru deyil. O, Dubayda keçirilən Qlobal Təhsil Mükafatları müsabiqəsində də "İlin pedaqoji lideri" nominasiyası üzrə qalib olub.

            Qeyd edək ki, AKS təşkilatı tərəfindən keçirilən müsabiqənin əsas məqsədi Hindistanda və digər xarici ölkələrdə təhsil sisteminə əhəmiyyətli töhfələr verən şəxsləri (qurumları) tanımaq və mükafatlandırmaqdan ibarətdir. Beynəlxalq müsabiqədə 100 ölkədən seçilmiş müəllimlər iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi