Zəfər Günü qeyd edilib

Məktəbdə 8 Noyabr-Zəfər  GünüAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib.Zəfər Gününə həsr olunmuş “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlərdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın müasir tarixində fəxarətlə, qürurla anılan Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun zəfər yürüşü və bununla da dünya hərb tarixindəki yeri barədə söhbət açılıb. Bildirilib ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi