Qürur mənbəyimiz

Sentyabrın 20-də məktəbin  məzun şəhidi Anar Qumaşovun şəhadətə qovuşduğu gündür. Qeyd edək ki, Anar Qumaşov 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin fəxrlə adını daşıdığı 2 “A”  sinif şagirdləri və məktəbin bir neçə müəllim heyəti şəhidin ailəsini ziyarət edib. Balaca məktəblilər şəhidin xatirə lovhəsinin önünə çiçək dəstələri qoyaraq, ruhu qarşısında baş əyiblər. Daha sonra şagirdlər şəhidin həyatını əks etdirən muzeyi ziyarət edərək, hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.  

            Sinif müəllimi Tagıyeva Güləbətin çıxış edərək bildirdi ki, bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. Bu gün hər bir ölkə vətəndaşı  "Bu Vətən bizimdir" deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən  igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaq ki, onlar  ən ali qürur mənbəyimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi