27 sentyabr Anım Günüdür

    Sentyabrın 27-də Anım Günü ilə bağlı xüsusi dәrs, konfrans, seminar, mühazirə, “Dəyirmi masa”, vebinar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, “Hüququndan keçәn әsgәr, hәrә bir qәhrәman oldu” mövzusunda inşa yazıları və yaradıcılıq müsabiqələri, idman yarışları keçirilib.

     Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad edildi. Məktəbyanı ərazidə müəllim-şagird və məktəb rəhbərliyinin iştirakı ilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətən uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə məktəbin direktoru Xuraman Osmanova çıxış edərək qeyd etdi ki, “44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu qələbəni bizə bəxş edən və qəhramanlıq nümunəsi göstərərək şəhid olan Azərbaycan əsgərlərini qürurla yad edirik. Bu Azərbaycanın haqq və şərəf işidir. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunduğu şagirdlərin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi