Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. Müvafiq əmr ilə təsdiqlənmiş tədbirlər planına əsasən, ümumi təhsil müəssisələrində Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, konfranslar, seminarlar, müsabiqələr, ədəbi-bədii gecələr və dəyirmi masalar keçirilir. 

Dekabrın 22-də  məktəbdə Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mədəniyyət Mərkəzinin nümayəndələri, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəhbərliyi iştirak edib.

Əhməd Cavada həsr olunan videoçarx göstərilib. Sonra şagirdlərin iştirakı ilə Əhməd Cavadın gənc illərini, həmçinin əzablı günlərini səhnələşdirildiyi ədəbi kompozisiyalar göstərilib. Daha sonra şagirdlər Əhməd Cavadın şeirlərinə bəstələnmiş “Gəncəm, hey”, “Can Azərbaycan”, “Şükrüyyə”, “Çırpınırdın Qara dəniz” mahnılarını ifa ediblər. Tədbirdə Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunmuş nitqi də dinlənilib. O, öz çıxışında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın keşməkeşli həyatından, ədəbi yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən bəhs edərək məktəbliləri məlumatlandırıb. Çıxışda yazıçı publisist Rəhman Salmanlının “Əhməd Cavadın yaradıcılıq yolu” kitabından ayrı-ayrı maraqlı faktlar da auditoriyaya çatdırılıb.

Tədbirin sonunda  iştırakçılara Mədəniyyət Mərkəzi tərəfindən təşəkkürnamələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi