Zəfər Günü və Dövlət Bayrağı Günü tədbirləri

Məktəbdə  Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, intellektual oyunlar, idman yarışları, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü və milli suverenliyin simvolu, qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə ətraflı məlumat verilib.

Tədbirlərdə şagirdlər Qarabağ Zəfəri, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi