Şəhid Qumaşov Anarın anım günü

Oktyabrın 20-də məktəbin 1 “A”  sinif şagirdləri tərəfindən fəxrlə adını daşıdıqları  Şəhid məzun Qumaşov Anarın anım tədbiri keçirilib.

                Tədirdə ilk öncə Dövlət Himnimiz səsləndi. Daha sonra bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şəhidə həsr olunmuş şeirlər söylənildi və şəhidin həyat yoluna nəzər salındı.

Qumaşov Anar Saleh oğlu 10 oktyabr 1997-ci ildə anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan olan şəhidimiz uşaq yaşlarında atasını itirib, nənəsinin himayəsində böyüyüb.

Azərbaycan Ordusunun əsgəri olan Anar Qumaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. Anar Qumaşov 20 oktyabr 2020-ci ildə Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub.

Tədbirdən sonra isə balaca məktəblilər Nizami rayonu ərazisində inşa olunmuş Xatirə Kompleksini ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi