Şəhid Cavid Manafovun anım günü

   

 Fevralın 4-də məktəbin  1“A” sinfinin fəxrlə adını daşıdığı vətənin qəhrəman oğlu, 44 günlük müharibəni qanları ilə qazanan şəhid Cavid Manafovun doğum günü münasibətilə  anım tədbiri keçirilıb. Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayonun şəhid ailələri, qaziləri, 145 və 238 saylı orta məktəblərin şəhidin adına verilmiş siniflərinin müəllimləri, şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

    Şəhid Cavid Manafovun ailə üzvləri də çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Tədbirdə məktəblilərin hazırladıqları vətənpərvərlik şeirləri səsləndirilib.

    Qeyd edək ki, Cavid Manafov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olub. Cavid Manafov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şücaətə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi