“Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş Azərbaycan-Çin mədəniyyət festivalı keçirilib.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində yanvarın 28-də  məktəbdə “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş Azərbaycan-Çin mədəniyyət festivalı keçirilib.

Festivalının iştirakçıları - MOK-un Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov, Çinin Azərbaycandakı səfirliyinin nümayəndəsi baş konsulu Ding Tau şəhid Namiq Həmzəyevin məktəbin həyətindəki abidəsi önünə gül dəstələri qoyub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini dərin ehtiramla yad ediblər.

Məktəbin idmançı şagirdlərinin təqdimatından və Çin mətbəxinin nümunələri ilə tanışlıqdan sonra akt zalında festivalın rəsmi hissəsi keçirilib.İştirakçıları Azərbaycan və Çin dillərində salamlayan şagirdlər hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi kompozisiyalar nümayiş etdiriblər.

Çinin Azərbaycandakı səfirliyinin baş konsulu Ding Tau çıxış edərək tədbirin təşkilindən və gələcəyimiz olan uşaqların idmana böyük maraq göstərmələrindən məmnunluğunu bildirib.

Tədbirdə MOK-un təşəbbüsü ilə start verilmiş və ölkədə geniş dəstək qazanmış, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə ehtiva edən OCEP proqramı, “Pekin-2022” Qış Olimpiya Oyunları haqqında ətraflı məlumat verilib.

Tədbirdə məktəblilər arasında minihokkey oyunu keçirilib. Həmçinin şagirdlər mahnı və rəqslər ifa edib, şerlər söyləyiblər.

Azərbaycan-Çin mədəniyyət festivalının sonunda məktəblilərə hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi