28 May Respublika Gününə həsr olunmuş ədəbi bədii tədbir keçirildi

25 may 2016-ci ildə 4b sinif şagirdlərinin iştirakı ilə 28 May Respublika Gününə həsr olunmuş ədəbi bədii tədbir keçirildi. Keçirilən tədbirdə şagirdlər Azərbaycan Demokratik Respublikasının yaranması və əldə etdiyi uğurlardan söhbət etdilər. Şagirdlərin ifasında Azərbaycanın üç rəngli bayrağını, vətənpərvərliyi özündə təbliğ edən şeirlər, mahnılar səsləndirildi. Tədbirdə erməni qəsbkarlarının xalqımızın başına açdığı dəhşətlərdən, Azərbaycan əsgərinin qəhrəmanlığından, qədim adət-ənənələrimizdən, tarixi şəxsiyyətlərdən bəhs edən səhnəciklər göstərildi. Tədbirdə “Əsgər marşı” sədaları altında əsgərlərin səhnəyə gəlişi, bayrağımızın səhnəyə gətirilməsi tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi