Şəhidlik zirvəsi

    2019-cu il dekabrın 28-də məktəbin fəxrlə adını daşıdığı şəhid-məzun Namiq Həmzəyevin ad günü münasibətilə onun xatirəsini əbədiləşdirmək üçün “Şəhidlik zirvəsi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

    Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Şura Musayev, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Mirzəyev, ictimai birliklərin rəhbərləri, məktəb direktorları, müəllimlər, valideyinlər və yuxarı sinif şagirdləri iştirak edib.

    Öncə tədbir iştirakçıları tərəfindən Namiq Həmzəyevin məktəbin həyətindəki  büstünün önünə gül dəstələri qoyulub. Məktəbin akt zalında keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra filmin rejissoru Nicat Cəlilov çıxış edərək, bu filmi böyük maraq və qürur hissi ilə çəkdiyini, Namiq Həmzəyevin keçdiyi döyüş yolunu və qəhrəmanlığını gənclərimizə bir örnək olaraq göstərmək istədiyini bildirərək, iştirakçıları filmə baxmağa dəvət edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi