Biologiya fənni üzrə maraqlı dərs

  Məktəbin biologiya müəllimi Mətanət Əliyeva 9”B” sinfində maraqlı dərs təşkil etmişdi. Mövzu “Orqanizmlərin fərdi inkişafı” idi.

  Müəllim dərs prosesində maraqlı üsullardan istifadə etdi. Şagirdlərin mövzunu daha yaxşı mənimsəməsi üçün lövhədə ayrı-ayrı siniflərə məxsus olan heyvan növlərinin fərdi inkişafını əks etdirən sxemi lövhəyə çəkdirdi. Rəsmləri lövhəyə şəkil çəkmək bacarığı olan şagirdlər çəkdilər. Rəsmlər hazır olduqdan sonra şagirdlər onlar üzərində danışmağa başladlar. Şəkillər arasındakı fərq və oxşarlıqlar müzakirə olundu. Şagirdlər üçün müəmmalı olan və onlara çətin gələn hissələr müəllim tərəfindən izah olundu. Əldə olunan biliklər sistemləşdirildi.

  Sonra əvvəlki dərslərdə bu mövzu ilə bağlı olan biliklərini təkrarlayaraq yada salmış oldular.

  Şagirdlər arasında aparılan fikir mübadiləsi onları bu mövzunu daha yaxşı mənimsəməyə imkan verdi. Dərs səmərəli keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi