Yeni il şənliyi

  25 dekabr tarixində məktəbimizdə ingilis dili müəllimləri tərəfindən Yeni il şənliyi təşkil olunmuşdu. Şagirdlər al-əlvan yolka ətrafında toplanaraq, ingilis dilində şeir, mahnılar səsləndirdilər. Gözəl rəqs nömrələri nümayiş olundu. Şənliyə şagirdlər böyük həvəs və maraqla hazırlanıb gəlmişdilər. Xüsusi rəngarəng geyimlər tədbirə ayrıca gözəllik qatmışdı.

  Şagirdlər Şaxta babanı səhnəyə dəvət etdilər. Şaxta babanın gəlişi ilə tədbir daha da canlandı. Şagirdlərə kiçik simvolik hədiyyələr paylanıldı.

  Bütün tədbir boyu şagirdlərin ancaq ingilis dilindən istifadə etmələri xüsusilə yaddaqalan oldu.

 Tədbirin hazırlanmasında ingilis dili müəllimlərindən Badam Lətifova, Ayşən Rüstəmova və Şəfiqə Cəbiyeva yaxından iştirak etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi