“ Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti “ mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.

23 dekabr tarixində məktəbimizin tarix müəllimləri: Zamanova Gülşən və Mehrəliyeva Gülşən 7-8-ci sinif şagirdləri ilə birgə “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti “ mövzusunda ədəbi-bədii kompozisiya təşkil etmişdilər. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuşdu. Xalqımızın qüdrətli oğlu, uzaqgörən siyasətçi və ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinin uğurlu davamçısı cənab prezidentimiz İlham Əliyevə şagirdlərimiz öz məhəbbətlərini ifa etdikləri gözəl şeirlər və mahnılarla dilə gətirdilər. Tarixi faktları özündə əks etdirən video görüntülər nümayiş olundu. Gündən-günə gözəlləşən, inkişaf edən müstəqil Azərbaycanımızın övladları-şagirdlərimiz tədbirin sonunda çıxış edərək, dövlətimizə layiqli vətəndaş olacaqlarına, bunun üçün dərslərini yaxşı oxuyaraq, savadlı, bilikli olacaqlarına söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi