20 Yanvar- qan yaddaşımızdır

     Xalqların, ölkələrin tarixində zaman-zaman elə hadisələr baş verir ki, heç vaxt yaddan çıxmır, insanların qan yaddaşına çevrilir. Azərbaycan xalqı üçün belə hadisələrdən biri 1990-ciı ildə baş verən 20 Yanvar faciəsidir.

    19 yanvar tarixində məktəbdə 7, 8, 9-cu sinif şagirdlərinin iştirakı ilə  "20 Yanvar-qan yaddaşımızdır" adlı tədbir təşkil edildi. Tədbirdə şagirdlər Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Şəhidlərin ruhunu ehtiramla yad etdilər.

   Şagirdlər hazırladıqları səhnəcik və şeirləri elə ifadəli, emosional şəkildə ifa etdilər ki, tədbir iştirakçıları o gecənin dəhşət və vəhşətini xatırlayıb, göz yaşlarına qərq oldular.

   Tədbirin təşkilində xüsusi əziyyəti olan məktəbin dil-ədəbiyyat müəllimi Həsənova Lalə hazırladığı video çarxda o gecə baş verənləri bir daha yaddaşlarda canlandırdı.

   Azərbaycan xalqı müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarından keçən igid oğul və qızlarını heç vaxt umutmayacaq, onlar həmişə xalqımızın qəlbində yaşayacaqlar. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi