"20 Yanvar- azadlığa aparan yol" tədbir

    "20 Yanvar azadlığa aparan yol" başlığı ilə məktəbin ibtidai sinif müəllimi Hüseynova Elnurə 4"D" sinif şagirdləri ilə birgə tədbir təşkil etdi. 

   Tədbirdə şagirdlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus ordusu tərəfindən törədilən faciəni çıxışlarında canlandırdılar .

    Müəllim H.Elnurə hazırladığı video çarxda o gecə baş verənləri nümayiş etdirdi. Xalqımızın azadlıq uğrunda yaşadığı o qanlı gecəni gələcək nəslin yaddaşına həkk edib, unutdurmamağa çalışırdı.

    H.Elnurə "Taleyini dəyişən qərənfillər" başlığı ilə qərənfillərin necə Şəhid güllərinə çevrilməsindən danışdı və 20 Yanvar gününün əslində hüzn deyil, fəxarət günü olduğunu, əbədi məşəlin xalqımızı birləşdirən bir simvol olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi