Konfrans "Qan yaddaşımız"

Azərbaycan xalqının tarixinə yazılmış bir çox əlamətdar günlər var. Bu günlərdən  biri də xalqımızın tarixinə qanla yazılmış 20 Yanvar faciəsidir.
     14 yanvar tarixində məktəbin tarix müəllimləri M.Nazilə, M. Gülşən və Z. Gülşən  8,9,10- cu sinif şagirdləri ilə 20 Yanvar “Qan yaddaşımız” adlı konfrans keçirdilər.
    Konfransda şagirdlər 20 Yanvar faciəsi haqqında çıxışlar etdilər. Şagirdlər çıxışlarında qeyd etdilər ki, yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
    Bu epoxal hadisə Azərbaycan milli kimliyin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib , dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
     Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümünü izdihamlı ziyarətlərlə müsayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi