Muzeylərə ekskursiya təşkil edildi

    Şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə 4 dekabrda  məktəbin dil-ədəbiyyat müəllimi Rəqsanə Abdullayeva 7”A” sinif şagirdləri üçün " Nizami Gəncəvi  adına  Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”  və “ Milli Azərbaycan  Tarixi Muzeyi” nə ekskursiya təşkil etdi. 
    Şagirdlər  Milli Azərbaycan Ədəbiyyatı Muzeyində toplanmış Azərbaycan  ədəbiyyatına və mədəniyyətinə aid materiallarla tanış oldular.
   Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırıldı. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və.s ilə yanaşı qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri , rəsm və heykəltəraşlıq əsərləri nümayiş etdirildi.
     Milli Azərbaycan Tarix muzeyi Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların  toplanması , tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
   Şagirdlər Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallar və ekspozisiyalarla tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi