psixoloqla görüş

    Bu gün Suraxanı Gənclər Evi və 226 saylı tam orta məktəbin birgə əməkdaşlığı çərçəvəsində, 226 saylı tam orta məktəbdə buraxılış imtahanına hazırlaşan gənc şagirdlər üçün psixoloq - təlimçi Təbəssüm Qafarlının təqdimatında " MOTİVASİYA VERMƏK BİZDƏN, İMTAHAN VERMƏK SİZDƏN ! "adlı təlim təşkil olunmuşdur. 

    İmtahana hazırlaşan şagirdlərin iştirakı ilə baş tutan görüşdə təlimçi - psixoloq Təbəssüm Qafarlının imtahan stressindən, imtahan stressinin səbəblərindən, imtahan stressinin əlamətlərindən, yaratdığı neqativ düşüncələrdən və onları necə dəf etmək yollarından bəhs edib, imtahan qabağı həyəcan və stressin götürülməsi, özünə inamın formalaşdırılması kimi mövzulara toxunub. Həmçinin hədəflərə çatmaq və yüksək nəticələr əldə etmək üçün motivasiyanın vacibliyi və ondan istifadə qaydaları haqqında gənclərə ətraflı məlumat verib. Ardınca gənclərin fikri öyrənilib, suallarına cavab verilib və sonda xatirə şəkilləri çəkilib. 

    Əziz Gənclər, özünüzə güvənin və narahat olmayın . 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi