Beynəlxalq Uşaq Kitabı Günü

        1967- ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix məşhur danimarkalı yazıçı Hans Kristian Andersenin dünyaya göz açdığı günün şərəfinə Beynəlxalq Uşaq Kitab Günü kimi qeyd edilib.

        Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitablar onların insan kimi formalaşmasında, öz xalqının zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır. 
        2 aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı kitabxana müdiri Könül Cəfərova və ibtidai sinif müəllimi Vüsalə Gözəlovanın  təşkilatçılığı ilə 4c sinfində  oxu saatı keçirildi. Kitabxana müdiri Könül Cəfərova bu günün  tarixi haqqında məlumat verdi. Sonra şagirdlər kitabın insan həyatındakı rolundan danışdılar.

        Oxu saatının təşkil edilməsində əsas məqsəd uşaqların dünyagörüşünün, söz ehtiyatının artmasında kitabın rolunu onlara çatdırmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi