Aprel döyüşləri

        2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
    Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
    Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
    Aprelin 2-də məktəbin kitabxanasında "Aprel döyüşləri-Böyük zəfərin başlanğıcı" mövzusunda tarix müəllimi   Aytən Əliyeva, kitabxana müdiri Könül Cəfərovanın rəhbərliyi ilə dəyirmi masa keçirildi. Dəyirmi masada 7"a" sinfinin şagirdləri və məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini R.Ağcayeva iştirak edirdi. İlk öncə himn səsləndirildi,şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. A.Əliyeva tarixin şanlı səhifəsi olan Aprel döyüşləri haqqında ətraflı məlumat verdi. Şagirdlər və iştirakçılar mövzu ətrafında müzakirə apardılar. Şagirdlərin hazırladıqları məruzələr dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi