"Sən elə bir zirvəsən" adlı şeir müsabiqəsi keçirildi

May ayının 10-da kitabxanaçıların təşkilatçılığı ilə Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsi keçirildi.

İlk olaraq Ümümilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müsabiqədə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsli Məmmədova, müsabiqələr laureatı, aparıcı, məktəbimizin əməkdaşı Kənan Şərifov və kitabxanaçılar iştirak etdi.

Kitabxana müdiri Könül Cəfərova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi.

Müsabiqədə məktəbin ibtidai sinif şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş bir-birindən maraqlı və məzmunlu şeirlər səsləndirdilər.

Sonda münsiflərin təqdimatında şagirdlərə bir sıra tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi