"Beynəlxalq Uşaq Kitabı günü" qeyd edildi

       Aprel ayının 3-də məktəbin kitabxanasında kitabxanaçıların təşkilatçılığı ilə “Beynəlxalq Uşaq Kitabı Günü” qeyd edildi. Kitabxana müdiri Könül Cəfərova ilk öncə  şagirdləri əlamətdar gün münasibəti ilə təbrik etdi. O, ilk dəfə 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün, aprel ayının 2-nin Beynəlxalq Uşaq Kitabı günü kimi təsis edildiyini və bütün dünya ölkələrində qeyd olduğunu bildirdi.

    Kitabxanaçı Meyrac Eyniyeva “Kitab insanın ən yaxın dostudur” mövzusunda nümunəvi söhbət apardı. O, qeyd etdi ki, hər birimiz kitabların dəyərini bilməli, onları sevməli və oxumalıyıq. Həmçinin Könül Cəfərova kitabxanaya yeni daxil olmuş müxtəlif uşaq ədəbiyyatları haqqında məlumatlar verdi və onlara bəzi nağılları oxudu. Məqsəd şagirdlərdə  mütaliə vərdişlərini artırmaq və yeni məlumatlar qazandırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi