"Narkomaniyaya yox deyək!" adlı tədbir keçirildi

 Fevral 10-da Bakı şəhəri 226№-li tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə 226№-li tam orta məktəbin kollektivi, şagirdlər, valideynlər, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, Suraxanı Rayon İcra Hakimiyyəti Ictimai-Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Sevinc xanım Ağayeva, Suraxanı Polis Idarəsinin rəis müavini polis polkovnik leytenantı Surxay Vəlivey, Suraxanı Rayon Polis Idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis polkovnik leytenantı Əfqan Ağayev, Suraxanı Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi  polis mayoru Anar İbrahimov, Suraxanı Rayon Polis Idarəsi Veteranlar Şurasının sədri Vasib Nuriyev, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru polis kapitanı İlahə Balayeva , Suraxanı Rayon Polis Idarəsinin baş kriminalist inspektoru polis mayoru Zülfəli Zulfüqarov iştirak etdilər.
 Tədbiri məktəbin direktoru açaraq qonaqları salamladi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra şəhidlərin və Türkiyədə zəlzələ zamanı həlak olan insanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərin hazırladıqları səhnəciklər və videoçarxlar göstərildi. Sonda qonaqlar çıxış edərək şagirdlərə məsləhətlər verdilər, dünyanın və bəşəriyyətin bəlasına çevrilmiş narkomaniyanın dəhşətlərindən danışdılar. Ümumiyyətlə, zərərli vərdişlərdən uzaq olmağı, əlbir olub o girdaba düşənlərə kömək etməyi tövsiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi