Məktəbimizin "Kiçik Astronomları"

2024-cü il oktyabr ayından məktəbimizdə informatika müəllimi Roza Qasımovanın rəhbərlik etdiyi "Kiçik astronomlar" dərnəyi fəaliyyətə başlamışdır. Azərbaycandan etwinning layihəsinə qoşulmuş uğurla layihəni sonlaşdirmışlar. Öz fəaliyyətləri zamanı astranomiya ilə maraqlanmış, bu sahədə tanınmış şəxslər haqqında həm yerli, həm xarici ölkələr üzrə məlumatlar toplamış, təqdim etmişlər. Eyni zamanda göy cisimləri, hadisələri, qurgular, hesablamalar, bir sözlə, astronomik informasiyalardan bəhrələnərək, chat.gpt, veb alətləri, informasiya axtarış sistemlərindən təhsildə istifadə edərək fərqli, bir-birindən maraqlı işlərə imza atmışlar. Teleskop hazırlamış, Eratosfen təcrübəsini, yəni Yer Kürəsinin çevrəsinin uzunluğunu hesablamağı Ordubad şəhəri Dirnış kənd tam orta məktəbinin şagirdləri ilə əməkdaşlıq edərək həyata keçirmişlər. Layihənin sonunda məktəbimizin direktoru Sevda Eminova kiçik astronomların fəaliyyətini sertifikatla dəyərləndirmişdir.