"Yol hərəkəti qaydaları" mövzusunda açıq dərs

16.05.2025-ci il tarixində Yasamal rayonu 225 N-li məktəbin 1r sinfində “Yol Hərəkəti qaydaları” mövzusunda açıq dərs keçirilmişdir. Əyani vəsaitlərdən istifadə olunan dərsdə şagirdlər yol hərəkəti qaydalarından, yol hərəkəti üçün təhlükəsiz şəraitin yaradılması üçün yol hərəkəti nişanları, işıqforun funksiyası, piyada keçidləri haqqında geniş məlumat vermişlər. Bu mövzuda şagirdlərin fəal iştirakına görə "Təşəkkürnamə" verilmişdir.