Kitab təqdimatında şagirdlərin iştirakı

02.05.2025-ci il tarixində X.Natavan adına kitabxanada yazıçı Əli Yusifin “Gələcəyin xatirəsi”, “Keçmiş məktub” adlı kitabının təqdimatı keçirilmişdir. Kitab təqdimatında iştirak edən 5b sinif şagirdləri onun şerlərindən və hekayələrindən parçalar danışaraq yazıçının yaradıcılığı ilə daha da yaxından tanış olmuşlar. Kitabxana tərəfindən sinif rəhbəri Gülcahan Həsənovaya və məktəbin kitabxana müdiri Tahirə Zamanovaya fəal iştirakına görə Fəxri Fərman verilmişdir. Sonda şagirdlərə yazıçı tərəfindən kitab hədiyyə olunmuşdur.