Zəfər Günü ilə bağlı tədbir

7 noyabr tarixində məktəbin inzibati binasının önündə-həyətyanı sahədə şagird kontingenti, müəssisənin işçiləri və qəsəbə sakinlərinin iştirakı ilə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan edildikdən sonra, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə yüksələn şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış üçün söz məktəbin direktoru Aydın müəllimə verildi.O, Ali baş komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük şanlı Zəfər tarixindən tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə şagirdlər şən mahnılar ifa etdilər və şeirlər söylədilər.