FƏXRİMİZ

   Muradov Səyavuş Əlimurad oğlu 21 yanvar 1974-cü ildə fəhlə ailəsində anadan olmuşdur.1989-cu ildə, hazırda onun adını daşıyan məktəbdə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Oxuduğu müddət ərzində o, nümunəvi və tərbiyəli şagird kimi müəllim və şagird  kollektivinin hörmətini qazanmışdır.

   Səyavuş Muradov 1992-ci ilin aprelində Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağrılır.Vətəni düşmən tapdağından azad etmək üçün Füzuli bölgəsinə göndərilir.Düşməni geri oturtmaq üçün dəfələrlə azğın düşmənlə üz-üzə gəlir.Sonuncu dəfə döyüşə yollanarkən əsgər yoldaşları ilə vidalaşaraq:-“gedirəm, bəlkə bir-iki düşməni məhv edə bildim, ondan sonra ölsəm də heyfslənmərəm”-deyir.Bu döyüş onun son döyüşü olur.

    1994-cü il yanvar ayının 16-da Vətənin iğid oğlu Səyavuş mərdliklə, cəsarətlə vuruşarkən qəhrəmancasına şəhid olur.

    Onun xatirəsi pedaqoji kollektivin və sinif yoldaşlarının qəlbində əbədi yaşayacaqdır.

    Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi