Nailiyyətlərimiz

Heydər Əliyev və Azərbaycan tarixiMəktəbimizin 10-cu sinif şagirdi Kinəvəs Nəzərli may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş müsabiqədə qaliblər  sırasında yer almışdır. Şagirdimizin "XIX əsrin II yarısında Azərbaycan neft sənayesi" mövzusunda yazdığı məqaləsi "Heydər Əliyev və Azərbaycan tarixi" kitabında öz əksini tapmışdır. Müsabiqənin təşkilatçısı olan Bakı Şəhəri İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildirir, şagirdimiz Kinəvəs Nəzərlini və onun elmi rəhbəri - tarix müəllimi Röyalə Quliyevanı təbrik edirik.

"İFK kyokuşin" üzrə "Zəfər koboku" turniriAzərbaycan Karate Federasiyanın rəhbərliyi ilə "Fullkontakt Karate Federasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə "İFK kyokuşin" üzrə "Zəfər koboku" turnirində 35 kq çəki üzrə məktəbimizin şagirdləri Bayramlı Arda 12-13 yaş, Bayramlı Turan 10-11 yaş arasında I yer tutduqlarına görə təltif olunmuşlar. Şagirdlərimizi təbrik edir, bol-bol uğurlar arzu edirik.

Fərqlənən məzunumuzÜmumi orta və tam orta təhsil pilləsini fərqlənmə attestatı ilə bitirən məzunumuz Həmidov Zeynalabdin Zeynal oğlu 631.6 balla Bakı Ali Neft Məktəbi Kompüter mühəndisliyi fakultəsinə daxil olmuşdur. 2022-2023- cü il tədris ilində 11-ci sinifi bitirmiş şagirdlərimizdən 33 nəfəri ali məktəbə daxil olmuşdur. Biz onlarla fəxr edirik. Uğurları daimi olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi