Fəzail Qədimov adına 222 saylı tam orta məktəb Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Məktəb birinci Qarabağ müharibəsi şəhidi Fəzail Qədimov Məzahir oğlunun adını daşıyır. 17 iyul 1968-ci ildə Qaradağ rayonunun Səngəçal qəsəbəsində dünyaya göz açan Fəzail Qədimov 90-cı illərdə Azərbaycan ordusunda xidmətdə olmuş və Daşaltı,Şuşa,Laçın,Kəlbəcər,Ağdam,Ağdərə,Füzuli,Murov torpaqlarında rəşadətlə vuruşaraq 1994-cü il yanvarın 17-də şəhidlik zirvəsinə ucalmışdır.
Məktəbin binası 1959-cu ildə inşa edilmişdir. Bina vaxtilə xəstəxana üçün nəzərdə tutulsa da, sonra məktəbə verilmişdir. Məktəbin 20 sinif otağından ibarət ikinci korpusu isə 2012-ci ildə tikilib istifadəyə verilmişdir. Müəssisə ərazisinin ümumi sahəsi -20200 kv.m. binanın ümumi sahəsi isə 5311 kv.m. təşkil edir. 55 sinif otağı mövcuddur. 2024/2025-ci tədris ilində məktəbdə 1152 nəfər şagird təhsil alır. Bu il məktəbəhazırlıq qruplarına 93 nəfər uşaq qəbul edilmişdir. Həmin uşaqlar 4 qrupda cəmlənmişlər. Məktəbdə gənc nəslin təlim- tərbiyəsi ilə 68 nəfər müəllim məşğul olur. Müəllimlərin 51 nəfəri ali təhsilli, 17 nəfəri isə orta ixtisas təhsillidir. Ötən dərs ilində məktəbin 11-ci sinfini bitirmiş 55 nəfər şagirddən 23 nəfəri ali məktəblərə,5 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur.