İnsan alveri barədə tədbir keçirildi
Bu gün insan alveri Avropada əsas problemlərdən biridir.Hər il minlərlə adaminsan alverinin qurbanı olur.İnsan alveri əleyhinə fəaliyyət bütün dünyada
diqqət mərkəzindədir.Çünki o, insan hüquqları və demokratik cəmiyyətlərin fundamental dəyərləri üçün təhlükə yaradır.
İnsan alveri insanları aldadıb tələyə salmaqla yanaşı,keçmişdə bütün dünyada
geniş yayılmış qul alverinin müasir formasıdır.
Bu məqsədlə məktəbimizdə uşaqların insan alveri və uşaq əməyinin istismarı
ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri
keçirilmişdir.
Tədbirdə məktəbin tarix müəllimi Bəhriyyə Rüstəmova şagirdlərə uşaq hüquqları konvensiyası barədə məlumat vermiş,respublikamızda uşaqların hüquq və azadlıqlarının qanunla müdafiə edildiyi barədə danışmışdır.
Belə tədbirlər uşaq hüquqları ilə bağlı qərarların qəbul edilməsində uşaqların iştirak etmələrinin vacibliyi,həmçinin bu sahədə maarifləndirmə işinin güclən-dirilməsi,uşaq hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət daşıyır.