Mənim ətrafım mənim irsim

02.12.2019 tarixdə ingilis dili aylığı çərçivəsində məktəbimizin V, VI və VIII R sinfinin şagirdlərinin iştirakı ilə "My Surroundings My Heritage" adlı rəsm sərgisi təşkil olunmuşdur. Qeyd edək ki, şagirdlər tədris ilinin əvvəlindən 4 ölkənin iştirak etdiyi beynəlxalq etwinning layihəsinə qoşulmuşdular və bu layihə ingilis dili dərslərində Ofeliya Qafarovanın rəhbərliyi ilə həyata keçirilir. Sərgidə şagirdlər Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah, Xəzər dənizi, Neft daşları, Heydər Əliyev mərkəzi, Alov qüllələri, İçəri şəhər və layihə haqqında ingilis dilində məruzələr söylədilər. Şagirdlərimizin əl işlərini izləmək və məruzələrini dinləmək üçün məktəbin ingilis dili fənni üzrə metodbirləşmə sədri Nahidə Hüseynova, direktor müavini Günel müəllim, ingilis dili müəllimi Kamalə Saqıyeva, Firdanə Məmmədova, Fidan Əliyeva, Mətanət Abdullayeva və Mehriban İsmayılova Elza Bağırzadə iştirak etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi