Narkomaniyaya yox deyək

29.11.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə “Narkomaniyaya yox deyək” adlı genişmiqyaslı tədbir keçirildi. Tədbirdə MK dövlət komissiyasının işçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, MK dövlət komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Nizami rayon İcra Hakimiyyətinin müavini Gülnaz İsrafilova, Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, şöbə müdirinin müavini Bəhmən Hüseynov, 24-cü Polis bölməsinin rəisi, Polis polkovniki leytenant Cövdət Məmmədov, Nizami rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Polis kapitanı Natiq Yusifov, Polis veteranlarınln sədri Aydın Əzimov, Polis veteranlarının əməkdaşları Firdovsi Bayramov, Fərhad Bağırov, Qarabağ əlilləri, veteranlar, Şəhid ailələri İctimai Birliyinin sədri İzzət Şirinov, Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Nizami Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vasif İsayev, Nizami rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rauf Mehdiyev və məktəb rəhbərliyi iştirak etmişdir. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsullarından, zərərli maddələrin insan orqanizminə vurduğu zərərdən, bu bəlanın düçar etdiyi faciələrdən, qanuna zidd əməllərdən qorunma yollarından profilaktiki söhbətlər aparılmış, müzakirələr edilmişdir. Şagirdlərə və qonaqlara mövzuya dair video roliklər göstərilmiş, uşaqların ifasında rollu səhnəciklər nümayiş etdirilmişdir. Sonda görüş iştirakçıları məktəblilərin ünvanladığı sualları cavablandırmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi