lX siniflərin məktəbdaxili ilk monitorinqi

220 nömrəli məktəb-liseyin 2019-2020-ci tərdis ili üçün təsdiq edilmiş fəaliyyət planında nəzərdə tutulduğu kimi IX sinif şagirdlərinin buraxılış imtahanının tələblərinə uyğun səviyyədə hazırlığının təmin edilməsi, şagirdlərin zəif tərəflərinin aşkarlanması, diaqnostikada zəif nəticə göstərən şagirdlərlə təşkil edilmiş proqramdan kənar əlavə məşğələlərin keçirilmə keyfiyyətinin ölçülməsi və şagirdlərin inkişaf dinamikasının izlənməsi məqsədi ilə cari tədris ilində ilk məktəbdaxili monitorinq keçirildi. Məktəbin akt zalında yerləşdirilmiş 6 sinif komplektində komplektləşdirilmiş IX sinif şagirdləri 3 fənn üzrə ( ana dili, riyaziyyat, xarici dil) hər biri 20 sual olmaqla, açıq və qapalı sual formatında tərtib edilmiş sual kitabçaları ilə imtahana cəlb edildilər. Kitabçalar iki variantda hazırlanmışdır. Hər fənn üzrə 30 dəqiqə vaxt müəyyən edildi. Monitorinqin nəticələrinə əsasən məktəb rəhbərliyi və monitorinq komissiyası tərəfindən məzmunun yüksəldilməsi üçün növbəti addımlar və iş strategiyaları müəyyən ediləcək.