Əbədiyyət üfüqündə doğan günəş - İmadəddin Nəsimi 650

Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasının Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamına əsasən respublikanın hər yerində təntənəli surətdə qeyd edilir.
220 nömrəli məktəb-liseyin fəaliyyət planında əksini tapmış “Nəsimi-650” tədbirlər silsiləsindən biri kimi həyata keçirilən «Günəş qürub edəndə saralar” adlı debat-dərs 21.11.2019-cu il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımovanın koordinatorluğu ilə reallaşdırıldı. Dərs Nəsimi qəzəlinin motivləri əsasında hazırlanmış musiqi parçası ilə başladı. Sonra şagirdlər böyük şairin həyat və yaradıcılığı haqqında təqdimatlar etdilər. Dərs məşhur “Nəsimi” filmindən göstərilən fraqmentlərlə davam etdi. Şagirdlərin ifasında şairin dillər əzbəri olan qəzəlləri səsləndirildi. Hətta Nəsiminin məşhur fəlsəfi qəzəlinin biri Günel adlı şagirdimizin təqdimatında maraqlı TED mövzusu oldu. Dərsdə məktəbin direktoru Lətifə Əzimova, direktor müavini Mehriban Məmmədova və fənn müəllimləri iştirak edirdilər.