Layihə yönümlü təhsil

Noyabr 18-20 tarixlərində Lənkəranda keçirilən "Layihə Yönümlü Təhsil" mövzusunda Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalışdırması İdarəsinin dəstəyi ilə etwinning Milli Konfransı keçirilmişdir. 220 nömrəli məktəb-liseyin iki müəllimi Ofeliya Qafarova və Gülyana Özcan konfransda iştirak etmişdilər. Qeyd edək ki, O.Qafarova etwinning plus Azərbaycan üzrə layihə səfiridir və konfransda Azərbaycanın müxtəlif regionlarından qatılan müəllimlər üçün layihə əsaslı öyrənmə üçün vacib olan seminar və təlimlər aparmışdır. Hər iki müəllim uğurlu iştirakına görə sertifikatla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi