Şagirdlərimiz “Ölkəmizi tanıyaq” tur aksiyasında

“Ölkəmizi tanıyaq" tur aksiyası bu il də uğurla davam edir. Bildiyimiz kimi bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında təhsil müəssisələrinin IX-XI sinif şagirdləri ölkəmizin müəyyən bölgəlrində olur, oranın tarixi, mədəniyyəti, adət- ənənələri ilə tanış olurlar. Hər il olduğu kimi bu il də 220 nömrəli məktəb-lisey aksiyada fəal iştirak etmişdir. Belə ki, məktəbimizin XI sinif şagirdləri Eminli Mehdi Yusif oğlu və Rústəmov Əli Şəmil oğlu ən fəal və əlaçı şagird kimi tura qatılaraq Gəncə-Göygöl-Şəmkir istiqamətində yola salındı. Öncə İcra Hakimiyyətinin foyesində şagirdlər Ümummilli lider Heyder Əliyevin büstü önünə gül dəstələri düzdülər. Nizami Rayon İcra başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək şagirdlərə xalqımızın milli-mənəvi dəyərlərini qorumağı və əsl vətəndaş kimi böyüməyi tövsiyə etdilər. Daha sonra musiqi sədaları altında şagirdlər onlar üçün ayrılmış avtobusla Gəncə-Göygöl istiqamətinə yola salındı. Uşaqların yola salınma mərasimində məktəbin direktoru Lətifə Əzimova, tərbiyə işləri üzrə direktor müavini Günel Quliyeva və müəllim Gülbəniz Məmmədova da iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi