Türkiyə-Azərbaycan məktəblilərinin qardaşlıq dərsi

Etwinning KİTABSEVƏRLƏR layihəsi çərçivəsində Turkiyə və Azərbaycan məktəblilərinin qarşılıqlı video görüşü baş tutdu.Milli Dirçəliş Gününə həsr olunmus görüşdə Balıkesir Bandırma Cumhuriyet İlkokulu 3G Sinfinin şagirdləri ilə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdləri arasında fikir mübadiləsi oldu. Türk şagirdləri S.Vurğunun Azərbaycan şeirini söylədilər. Daha sonra ortaq şəkildə B.Vahabzadənin Azərbaycan-Türkiyə şeiri də dinlənildi. Müəllimlər Raziyə Günəş və Fidan Əliyeva şagirdlərin milli bayramlar haqqında düşüncələrini öyrəndilər. Türk okulunun müdir yardımçıları Sevgin Utku ile Esra Erkaya, 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova, təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova və tərbiyə işləri üzrə direktor müavini Günel Quliyeva, sinif müəllimi Elza Bağırzadə də virtual görüşdə və müzakirələrdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi