Biz hüquqlarımızı da, vəzifələrimizi də bilirik!

08.11.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 30 illiyi ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Firdanə Məmmədovanın rəhbərləyi ilə 4 “H” sinif şagirdlərinin təqdimatında “Biz hüquqlarımızı da, vəzifələrimizi də bilirik!” adlı debat-dərs təşkil edildi. Dərsdə şagirdlər mövzuya həsr edilmiş video material izlədilər, daha sonra hüquq anlayışını dərk etdikləri səpkidə izah edərək, müəllimin suallarına cavab verdilər. Uşaq-valideyn-cəmiyyət münasibətləri zəminində səhnəciklər quruldu. Vəzifə və hüquq arasındakı qarşılıqlı əlaqəni əks etdirən iş vərəqləri hazırlandı. Debat “Deyirəm uşaqlar heç ağlamasın” adlı nəğmənin şagirdlər və müəllim tərəfindən birgə ifası ilə yekunlaşdı..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi