Bayraq mənliyimdir, Bayraq kimliyim!

07.11.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə məktəbin fəaliyyət planında nəzərdə tutulan tədbirlər çərçivəsində Bayraq Gününə həsr edilmiş silsilə tədbirlər keçirildi. İlk öncə məktəbin foyesində şagirdlərin bu mövzuya həsr etdikləri rəsm əsərləri və əl işləri sərgiləndi. Bayram proqramı məktəbin ibtidai sinif müəllimi Quliyeva Gülnarənin rəhbərliyi ilə 1 “D” sinif şagirdlərinin hazırladıqları kompazisiya ilə davam etdi. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımovanın təşkilatçılığı ilə 5 “Ə” sinfinin fidanlarının ifasında “ Bayrağımız dövlətçiliyimizin və mədəniyyətimizin rəmzidir” adlı təqdimat oldu. Təqdimatda X.Qasımova və şagirdlər müstəqil dövlətimizin rəmzi olan bayrağımızın yaranma tarixi ,mənəvi dəyəri və keçdiyi mübarizə yolu haqqında məlumat verdilər. Şagirdlər bayrağa həsr olunmuş ədəbi nümunələr, mahnılar səsləndirdilər. Növbəti tədbir məktəb kitabxanasında baş tutdu. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi E.Rəsmiyyə, kitabxanaçılar H.Bənövşə və H.Məhəbbət təşkil etmişdilər. 6” F” sinfinin şagirdləri xüsusi fəallıqla yaddaqalan çıxışlar etdilər. Daha sonra məktəbin tarix müəllimi İsmayılova Şərqiyyə və məktəbin ingilis dili müəllimi Musayeva Aygünün 5”E” sinfinin şagirdləri ilə birgə hazırladıqları debat keçirildi. Mövzu Azərbaycan Bayrağının dalğalanaraq keçdiyi şərəfli, qanlı tarixi yol idi. Şagirdlərin ingilis dilindəki çıxışları xüsusi ilə təqdirə layiq idi. Bu mühim və əhəmiyyətli Gün məktəbin ən azyaşlı kontingentini formalaşdıran məktəbəqədər qrupunun şagirdlərinin də diqqətində idi. Səadət Ağayevanın məktəbə yenicə qədəm basmış körpə balaları hərbi geyimdə vətənə, bayrağa həsr edilmiş şeirlər, mahnılar səsləndirdilər. Kiçik əsgərlərimizin kiçik ürəkləri vətən sevgisi ilə böyümüşdü bu gün!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi