Fənn birləşməsinin metodiki seminarı

05.11.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə riyaziyyat aylığı çərçivəsində fənn birləşməsinin seminar xarakterli görüşü oldu. Görüşdə məktəbin  riyaziyyat müəllimləri, fənn birləşməsinin sədri Lalə Abdullayeva və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova iştirak etmişdir. Müəllimlərin metodik ehtiyaclarının öyrənilməsi üçün təşkil edilmiş bu seminarda diaqnostik qiymətləndirmənin aparılması formaları, formativ qiymətləndirmənin şagird gündəliyində qeyd edilmə qaydası, müəllimin formativ qiymətləndirmə dəftərinin aparılması, KSQ-lərin tərtib edilmə formaları, qiymətləndirmə meyarları üzrə rübriklərin hazırlanması və s. kimi məsələlər müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi