Ətraf mühiti qoruyaq

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma  tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinin icrasına dair Təhsil Nazirliyinin Tədbirlər Planına  əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planında  nəzərdə tutulmuş bəndlərə müvafiq olaraq 220 nömrəli məktəb-liseydə müxtəlif tədbirlər həyata keçirilmişdir. 04.11.2019-cu il tarixində məktəbdə ibtidai sinif şagirdlərinin tullantılardan hazırladıqları müxtəlif dekorativ və məişət əşyalarından ibarət sərgi təşkil edilmişdi. 05.11.2019-cu il tarixində sinif müəllimləri Elza Bağırzadə və Fidan Əliyeva 3” G” və 3” H” sinif şagirdlərini dəyirmi masa ətrafında toplayaraq “Ətraf mühiti qoruyaq” adlı təqdimat keçirmişlər. Təqdimatdan  sonra şagirdlər mövzu ətrafında maraqlı müzakirələr etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi