Təlimə Dəstək Mərkəzinin metodistləri məktəbimizdə

31.10.2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil idarəsinin nəzdində yaradılmış Təlimə Dəstək Mərkəzinin fəaliyyət planına uyğun olaraq mərkəzin baş metodisti Tahirə Qədimova və metodistlər Xuraman Əliyeva, Roza Rustemova 220 nömrəli məktəb-liseydə oldular. Qonaqlar  11 “T” sinfində kimya  müəllimi Muradova Südabənin,  7”X” sinfində fizika müəllimi Məmmədova Gülbənizin, 8 “X” sinfində biologiya müəllimi İsmayılova Vüsalənin, 9 “R” sinfində kimya müəllimi Rəhimova Zülayənin dərsi dinlənildi. İbtidai siniflər üzrə Firdanə Məmmədovanın 4 “H”, Fidan Əliyevanın 3 “e”, Ülkər Bərxudarovanın 2 “A” , Mehriban İsmayılovanın 3 “A” sinfinə baş çəkildi, müəllimlərin dərs icmalları, perspektiv planlaşdırmalarına, diaqnostik qiymətləndirmə vərəqləri, formativ qiymətləndirmə üzrə qeyd dəftərləri və keçirilmiş KSQ nəticələrinə nəzər salındı. Daha sonra məktəbin direktoru Lətifə Əzimova, direktor müavini Mehriban Məmmədova, məktəbin fənn birləşmələrinin rəhbərləri və qonaqların iştirakı ilə toplantı keçirildi. Dəyirmi masa arxasında mövcud problemlər, müəllimlərə çətinlik yaradan sahələr ətrafında müzakirələr aparıldı, iştirakçı müəllimlərə bəzi tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi