IX siniflərdə diaqnostik qiymətləndirmə

    Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabr ayının 19-da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünü qiymətləndirmənin formalaşdırılması məqsədilə ümumtəhsil məktəblərində Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri  üzrə  diaqnostik imtahanın təşkili planlaşdırılmışdır.

    Diaqnostik imtahan 12 inzibati rayon üzrə ümumtəhsil məktəblərinin IX siniflərində 19.10.2019-cu il tarixində həyata keçirildi. 

    220 nömrəli məktəb-liseydə 6 sinifdə komplektləşdirilmiş IX sinif şagirdləri istisnasız imtahana cəlb edildi. Saat 10:30-da başlayan imtahan 6 sinif otağında eyni vaxtda təşkil edildi. İmtahanın gedişini nəzarətçi müəllimlərlə yanaşı məktəb rəhbərliyi də müşahidə edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi